İri qabaritli, ağır çəkiyə malik və xüsusi avadanlıqların daşınması digər yüklərdən fərqlənir və xüsusi diqqət tələb edir. Şirkətimiz, sənaye avadanlıqları, inşaat texnikası, layihə yükləri və digər iri həcmli məhsulların ölkədaxili və beynəlxalq marşrutlar üzrə təhlükəsiz və effektiv şəkildə çatdırılmasını təşkil edir.
• Peşəkar ekspertiza: Həcimli yüklərin xüsusiyyətlərini
düzgün müəyyənləşdirmək, uyğun treyler və konteyner növünü seçmək,
marşrutu planlamaq üçün təcrübəli komandamız var.
• Xüsusi avadanlıq: Yüklərinizin təhlükəsiz daşınması
üçün gücləndirilmiş treylerlər, kranlar və digər xüsusi vasitələrdən
istifadə edirik.
• Layihə idarəetməsi: Planlama mərhələsindən başlayaraq
yüklərin quraşdırılmasına qədər bütün prosesi izləyir, sənədləşməni və
gömrük prosedurlarını operativ şəkildə həll edirik.
• Təhlükəsizlik və izləmə: Yolda və limanlarda yüklərin
daşınma şəraitinə daim nəzarət olunur, real vaxt rejimində izləmə
imkanı təqdim edirik.
Bu növ daşımalar layihə əsaslı olub, hər biri özünəməxsus tələblərə sahib ola bilər. Müştərilərimizin yük növünü, miqyasını və çatdırılma müddətini nəzərə alaraq, optimal logistika həllini tətbiq edir, daşımanın bütün mərhələlərində şəffaflıq və təhlükəsizlik təmin edirik.
Hər bir daşıma prosesi fərdi şəkildə planlaşdırılır. Yol və körpü limitləri, həmçinin xüsusi icazələr nəzərə alınmaqla çəki və ölçü tələbləri müəyyən edilir. Çox iri həcimli yüklər üçün xüsusi marşrutlar hazırlanır.
Layihə böyüklüyünə, marşrutun uzunluğuna, gömrük və icazə prosedurlarının mürəkkəbliyinə bağlı olaraq çatdırılma müddəti dəyişir. Biz, hər mərhələni öncədən planlayaraq gecikmələrin minimuma endirilməsinə çalışırıq.
Bəli, müvafiq dövlət qurumları ilə icazə sənədlərinin alınmasında, gömrük prosedurlarının tamamlanmasında və rüsumların hesablanmasında tam dəstək veririk. Bu, daşıma prosesinin sürətli və problemsiz keçməsinə kömək edir.
İri avadanlıqlarda risk səviyyəsi yüksək ola bildiyindən, müştərilərimizin tələb və büdcələrinə uyğun sığorta paketləri təklif edirik. Hər hansı ziyan və ya gecikmə hallarında maliyyə itkilərinizi minimuma endirmək üçün sığorta xidməti məsləhət görülür.
Daşıma dəyəri, yüklərin növü, ölçüsü, çəkisi, daşınma məsafəsi və tələb olunan əlavə xidmətlər (kran, xüsusi müşayiət və s.) əsasında hesablanır. Sifariş zamanı yükün bütün detallarını qeyd etdikdə, sizə ən münasib və şəffaf qiymət təklifimizi təqdim edirik.