Qlobal ticarətdə ən geniş yayılmış və iqtisadi baxımdan sərfəli üsullardan biri dəniz nəqliyyatıdır. Şirkətimiz, müxtəlif həcmli və növdəki yüklərinizin dəniz yolu ilə təhlükəsiz şəkildə çatdırılmasını təmin edir. Geniş konteyner parkımız və etibarlı tərəfdaş limanlarımız sayəsində həm idxal, həm də ixrac əməliyyatlarını vaxtında və effektiv şəkildə həyata keçiririk.
• Münasib xərclər: Xüsusilə böyük həcmli yüklər üçün
dəniz nəqliyyatı digər daşınma növlərindən daha qənaətcildir.
• Geniş marşrutlar: Dünyanın istənilən nöqtəsinə
müxtəlif konteyner xətləri ilə yüklərin çatdırılması mümkündür.
• Təhlükəsiz yükləmə-boşaltma: Peşəkar heyətimiz yüklərin
limanda və gəmidə düzgün yerləşdirilməsi və mühafizəsini yüksək səviyyədə təmin edir.
• Çevik çözümlər: Müştərilərimizin ehtiyaclarına uyğun
olaraq FCL (Full Container Load) və ya LCL (Less than Container Load)
seçimləri təklif edirik.
Dəniz nəqliyyatı, uzun məsafəli daşınmalarda ən sərfəli həlldir. Yükün həcmindən və xüsusiyyətindən asılı olaraq dəniz yolu ilə daşıma planlarını tərtib edir, gömrük prosedurlarından tutmuş son təyinat ünvanınadək bütün mərhələlərdə müştərilərimizə yardım edirik.
Konteynerlərdə yığılmış standart yük vahidlərindən tutmuş, iri qabaritli sənaye avadanlığına qədər fərqli növ yükləri dəniz nəqliyyatı ilə daşımaq mümkündür. Bununla belə, bəzi xüsusi yüklər üçün əlavə icazələr və təchizat gərəklidir.
Marşrutun uzaqlığı, hava şəraiti və limanların yükləmə-boşaltma imkanları çatdırılma müddətini müəyyən edir. Ümumilikdə, dəniz yolu hava və quru nəqliyyatına nisbətən daha uzun vaxt tələb etsə də, büdcəyə qənaət baxımından çox əlverişlidir.
Bəli, komandamız yüklərin gömrükdən keçirilməsi, müvafiq sənədlərin tərtibi, rüsumların hesablanması və digər proseslərdə müştərilərə hərtərəfli dəstək verir.
FCL (Full Container Load) – bir konteynerin tamamilə tək bir yükgöndərən tərəfindən doldurulması, LCL (Less than Container Load) isə konteynerin bir neçə müştərinin yükləri ilə bölüşdürülməsi deməkdir. Yük həcminizə və büdcənizə uyğun olaraq seçim etmək mümkündür.
Qiymət, konteyner tipindən (20-lik, 40-lıq və s.), yükün ümumi həcmi və çəkisindən, təyinat limanından və əlavə xidmətlərdən asılı olaraq dəyişir. Biz, rəqabətcil tariflər və çevik ödəniş şərtləri təklif edirik.